Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəllidən Qüdrət Həsənquliyevə sərt sözlər: “Elçibəyi satıb, Kəmaləddin Heydərovun yanına getdi”

İSBAM sədri Samir Adıgözəlli öz facebook səhifəsində seçki prosesində bəzi namizədlərin davranışları ilə baglı fikirlərini bölüşüb. Boyukmillet.com həmin yazını oldugu kimi təqdim edir.

Bu seçkidə nələrin şahidi olmadıq? Dünən təcrübəli siyasətçi Fərəc Quliyevin ayağı boyda olan alternativini çağırıb rüşvət təklif etdiyinə dair səs yazısı yayılıb. Bu deputatlıq bəyəm nə qədər şirin şeydi ki, ona görə özünə müxalif deyən siyasətçilər özlərini bu şəkildə ifşa edirlər? Çünki o və ona bənzər olan bəziləri özlərini YAP-ın təklifinə ikiəlli səs verib özlərini buraxanda mandatlarını bitirdilər. Bunu anlamayıb şəxslərini gülünc vəziyyətinə qoyurlarsa, öz işləridir. Belələrindən biri də Qüdrət Həsənquliyevdir. Adını müxalif qoya-qoya hələ müxalifətin ən güclü vaxtlarında Elçibəyi Kəmaləddin Heydərova dəyişdi. Vaxtında edə bildiyi sərt manevrə görə çox varlandı. Həmin düşərgədə olanlar təsadüfən demirlər ki, Qüdrət vaxtında ən baha satılanlardan oldu. Bu xətlə uzun müddət deputat olmağı da bacardı. O, da özünü buraxmağa ikiəlli səs verənlərdəndi. Klassik YAP-çı Arif Rəhimzadədə olan cəsarətin bir faizi bunda olmadı ki, heç olmasa özünü buraxmağın əleyinə səs verməyəydi. Həsənquliyev indi də Xətai rayonundan deputat olmaq istəyir. Nədənsə indiyə qədər deputat seçildiyi Naxçıvandan didərgin düşüb. Səbəbini özü də izah etmir. Görün nə qədər özünə arxayındır ki, parlamentin eks spikeri Oqtay Əsədova bənzər təbliğat aparır. Görüşlər zada da getmirdi. Mənim tənqidimdən sonra, bir iki görüş keçirib, maliyyə buraxdığı saytlarda müsahibə verdi. Müsahibəsində də deputatlıqdan danışmayıb, yenə Rusiyanı tərifləyib. Ay, Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan adı hara, Rusiyaya bu qədər heyranlıq nümayiş etdirmək hara? Deyilənə görə, Qüdrət Həsənquliyev artıq patronu Kəmaləddin Heydərovla da münasibətləri kəsmək qərarına gəlib. Bilir ki, artıq Kəmaləddin erası bitmək üzrədir. Adam partiyasından 60 naməzədlə seçkilərə qatılıb, amma özündən başqa kiminsə deputatlığa namizəd olduğu nəzərə çarpmır. Hər addımda xalqı və dövləti aldatmaq istəyir. Çalışdığı yalnız budur ki, mandat əldə etsin və bir güllə ilə iki dövşan vursun. Həm madata sahiblənsin, həm də partiyanın dövlətdən maliyyələşməsini təmin etsin. Ona sual vermək lazımdır: 10 ildi parlament partiyası kimi maliyyələşirsən, hanı sənini uğurun? Niyə özündən başqa partiyada başqa birinin parlamentə düşməsinə nail olmayıbsan? Ay özünü bitirmiş siyasətçi, Vallah səni arenada görəndə mən utanıram. Bəlkə gedib biznesinin üstündə oturasan, siyasət sənlik deyil…

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …