Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Samir Əsədli Avaş kəndində seçicilərlə görüşdü – FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Avaş kəndində seçicilərlə görüşüb.

Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilb.

Daha sonra VHP-nin səlahiyyətli nümayəndəsi Nəsimi Şərəfxanlı çıxış edərək Milli Məclisə seçkilər, seçki marafonu haqda danışıb və partiyanın dairə üzrə namizədi barədə seçiciləri məlumatlandırıb.

Daha sonra deputatlığa namizəd Samir Əsədli çıxış edərək Avaş kəndinin tarixi, kəndin yerləşdiyi coğrafi yerin yüksək turizim potensialına malik olmasından, ümumiyyətlə rayonun inkişafı üçün bölgəyə turist axınının vacibliyindən və bununla bağlı təkliflərindən danışıb.

O, çıxışında bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, bölgələrin, hər bir rayonun gələcək inkişafı ilə bağlı proqramı, təklifləri var. Deputat seçiləcəyi təqdirdə Yardımlıda kənd təsərrüfatının, aqrar sahənin zamanın tələbinə uyğun inkişafı, bölgəyə turist axınının güncləndirilməsi ilə bağlı xüsusi təkliflərlə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirən S.Əsədli son illər rayonun Nisəqala kəndinə turist axınının güclənməsini nümunə çəkib.

O bildirib ki, bölgə bu sahə ilə inkişaf edə bilər və insanların maddi rifahı yaxşılaşar. Rayonda işsizlik problemini xüsusi olaraq vurğulayan deputatlığa namizəd gənclərin kütləvi surətdə kəndləri tərk etməsinin ciddi problem olduğunu qeyd edib. Kənd insanının yaşamı üçün iş sahələri qurumlalıdır ki, kəndlərdən şəhərə axınının qarşısı alınsın.

Sonda seçicilərin suallarına cavab verilib və onlarla səmimi söhbət aparılıb.

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …