Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sankt-peterburq şəhərində Vaqif Səmədoğlunun foto sərgisi…

“….Nə varım var, nə
barxanam
ömür yükü bağlamağa. Allah, məni yarı öldür, Yarı saxla ağlamağa.”
Bu sətirlər Səməd Vurğun ailəsinin sonbeşiyi, poeziyasında
ölüm adlı bir varlığı ömrünün son günlərinə qədər yaşadan, həyatda heç kimə
baş əyməyən, hətta xərçəng xəstəsi olanda belə sınmayan, qüruruyla ölümə “meydan”oxuyan Vaqif Səmədoglunundur.
Vaqif bəyin belə də çox kitabı çap olunmadı,necə deyərlər “az yazdı, naz yazdı”.
Vaqif Səmədoğlunun şeirlərinin çoxuna mahnılar bəstələndi. Özü də Moskva Konservatoriyasının fortepiano şöbəsini bitirmişdi.
Flora xanımın ifasında səslənən “Sən uzaq yaşıl ada” mahnısı kıfayət edir ki, Vaqif Səmədoğlu şəxsiyyətinin daxili dünyasına bələd olasan…
Vaqif bəy həm də gözəl fotoqraf idi, hara getsəydi, sevimli “oyuncagı” yanında olardı.
Onun poeziyası sərhəd tanımadığı kimi, kamerasının yaddaşına köçürdüyü kadrlar da sərgiyə çevrilib ölkələri gəzir.
Martın 10 Rusiyanın şimsl paytaxtı olan soyuq Sankt-Peterburq şəhərinə sanki günəş doğmuşdu. Vaqif Səmədoğlu günəşi. Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə xanımın rəhbərlik etdiyi Səməd Vurğun ev muzeyinin təşkilatçılığı ilə Sankt-Peterburqda yerləşən M.F.Dostoyevskinin ev muzeyində böyük şairin fotosərgisinin açılışı oldu. Möhtəşəm sərgidə Azərbaycanın Sankt-Peterburqdakı konsulu Soltan müəllim təşkilatçılara təşəkkürünü bildirdi, belı tədbirlərin tez-tez keçirilməsinin məqsədəuyğun olduğunu vurğuladı. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım bu böyük insanın həyat yolundan, yaradıcılıq fəaliyyətindən, gözəl xatirələrdən tədbir iştirakçılarına danışdı. Vaqif Səmədoğlunun fotoqraf sənətini necə sevməsindən danışdı. Nüşabə xanım Bakıda Vaqif Səmədoğlu Poeziya Evinin açılışı barədə məlumat verdi. Bu xəbər hər kəs tərəfindən sevinclə qarşılandı. Böyük şairin şeirləri tanınmış qiraətçi və şair Xəzər Süleymanlının ifasında səsləndi və alqışlara səbəb oldu. Şairin şeirləri tanınmış bədii qiraət ustası və aktyor Kamran Yunus tərəfindən rəğbətlə qarşılandı.
İştirakçılar divarları bəzəyən fotolar vasitəsi ilə bir də Vaqif Səmədoğlu dünyasına baş vurub, böyük insanın sərhədsiz istedadının şahidi oldular.
Sərgidən gördüklərimin təsürratından ayrılmamış,yenidən Vaqif poeziya dünyası
məni öz aguşuna alır.
Məzarıma 
nə başdaşı qoyun, 
nə heykəl. 
Bir cüt ayaqqabı qoyun, 
ayağıyalın 
geyib getsin…
Öləndən sonra da “səxavətini”əsirgəməyən şair,ruhun şad olsun…
Sankt Peterburqdan.
FÜZULİ CAVADZADƏ
ÜLVİYYƏ CAVİD
SƏDAİL HƏBİBOV.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …