Bazar , 19 Yanvar 2025
Drone Cameras

Şarl Mişel: “Aİ Ukraynaya həlledici olacaq yardımı göstərməlidir”

“Avropa İttifaqı yaxın həftələrdə Ukraynaya maksimum yardım göstərməlidir ki, bu da həlledici olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən və Ukrayna Prezidenti Volodimir Zelenskinin ilk dəfə şəxsən iştirak etdiyi Aİ sammiti çərçivəsində baş tutan mətbuat konfransında deyib.

“Başa düşürük ki, qarşıdakı həftələr və aylar, şübhəsiz ki, həlledici olacaq. Biz Ukraynaya maksimum yardım göstərməyə davam etməliyik”, – o bildirib.

Ş.Mişelin sözlərinə görə, bu yardım həm hərbi, həm maliyyə, həm də siyasi xarakter daşımalıdır: “Bütövlüyünüzü qorumaq üçün lazım olanı almalısınız. Bu, həm artilleriyadır, həm sursatdır, həm də müdafiə sistemləridir”, – o əlavə edib.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen isə öz növbəsində bildirib ki, Aİ və birliyə üzv ölkələrin Ukraynaya ümumi yardımı artıq 67 milyard avroya çatıb.

Ş.Mişel və U.fon der Lyayen Aİ-nin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini və Moskvaya qarşı 10-cu sanksiyalar paketinin hazırlandığını vurğulayıb.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …