Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər

ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən ölkənin ümumi daxili məhsulu (ÜDM) potensial olaraq hər həftə təxminən 15 milyard dollar azala bilər.

Boyukmillet.com “Politico”ya istinadən xəbər verir ki, bu qiymətləndirmə Ağ Evin respublikaçı qanunvericilərə təqdim etməyi planlaşdırdığı sənədlərdə yer alıb.

Qeyd olunub ki, prezident Donald Trampın iqtisadi məsələlər üzrə müşavirləri uzunmüddətli şatdaunun ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Onların hesablamalarına görə, ABŞ-nin ÜDM-si hər həftə 15 milyard dollar azala bilər. Şatdaunun bir ay davam edəcəyi təqdirdə, işsizlərin sayının 43 min nəfər artacağı, istehlak xərclərinin isə 30 milyard dollar azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ABŞ federal hökuməti maliyyələşmənin olmaması səbəbindən 1 oktyabr gecə yarısı fəaliyyətini qismən dayandırıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …