Son günlərdə artan terror riskləri və nəzarətdənkənar miqrasiya Avropa İttifaqına (AB) üzv dövlətlər arasında yoxlamasız və nəzarətsiz gediş-gəliş praktikasını təhlükə altına qoyub.
Boyukmillet.com xəbər verir ki, Avropa Birliyi vətəndaşlarının vizasız səyahət etdiyi 27 ölkəni əhatə edən Şengen bölgəsindəki 11 ölkə pasport yoxlaması və nəqliyyat vasitələrinə baxış da daxil olmaqla sərhəd məhdudiyyətlərini yenidən tətbiq etməyə başlayıb.
İtaliya bu ay qonşusu Sloveniya ilə sərhəd nəzarətini gücləndirib, Sloveniya isə Macarıstan və Xorvatiya ilə sərhədlərinə nəzarəti artıracağını bildirib.
Hazırda Almaniya ilə quru və dəniz sərhədlərinə nəzarət edən Danimarka, artan terror təhlükəsi səbəbindən tezliklə Aİ-nin başqa yerlərindən təyyarə ilə gələn sərnişinləri də əhatə edəcək şəkildə nəzarəti genişləndirəcək.
İsveç bütün Avropa Birliyi (AB) sərhədlərini yoxlayır, Norveç isə bərə ilə ölkəyə gələn AB vətəndaşlarının yoxlanılacağını açıqlayıb.
Almaniya indi şəxsiyyət vəsiqələrini Polşa, Çexiya, İsveçrə və Avstriya sərhədlərində yoxlayır.
Fransa Belçika, Almaniya, Lüksemburq, İsveçrə, İtaliya və İspaniyanın sərhədlərinə nəzarət etməyə başlayıb.
Avstriya Macarıstan, Sloveniya, Slovakiya və Çexiya sərhədlərində yoxlamalar tətbiq edib.
Polşa-Slovakiya, Çexiya-Slovakiya, Macarıstan-Slovakiya sərhədlərində də nəzarətli keçidlər həyata keçirilir.
Aİ-nin yeni nəzarətlərə dair hesabatına görə, bir çox ölkələr immiqrant kimi maskalanan Yaxın Şərq yaraqlılarının “sızmasının” və sığınacaqların qəbulu mərkəzlərində tıxacın qarşısını almaq üçün sərhəd nəzarətinin zəruri olduğuna inanırlar.