Cümə , 5 Dekabr 2025
Drone Cameras

Sensasion detallar ÜZƏ ÇIXDI: Rusiya oğurlanan ukraynalı uşaqları görün HARA GÖNDƏRİB…

Rusiya işğal etdiyi ərazilərdən deportasiya etdiyi bəzi ukraynalı uşaqları Şimali Koreyada yerləşən hərbi düşərgələrə göndərir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Senatındakı dinləmələr zamanı Regional İnsan Haqları Mərkəzinin eksperti Yekaterina Raşevskaya məlumat verib.

Onun sözlərinə görə, hazırda ukraynalı uşaqların militarizasiya edildiyi və ruslaşdırıldığı 165 hərbi düşərgə müəyyən edilib.

Bu düşərgələr həm işğal altındakı ərazilərdə, həm Rusiyanın özündə və Belarusda, həm də KXDR ərazisində fəaliyyət göstərir.

Raşevskaya dinləmələrdə Donetsk vilayətinin işğal olunmuş rayonundan olan 12 yaşlı Mixailin və Simferopoldan olan 16 yaşlı Lizanın şəkillərini nümayiş etdirib. Hər iki uşaq evlərindən 9 min kilometr uzaqda, Şimali Koreyada yerləşən hərbi düşərgəyə göndərilib.

“Bu düşərgələrdə uşaqlara “yapon militaristlərini məhv etməyi” öyrədirlər, həmçinin 1968-ci ildə ABŞ-ın “Pueblo” gəmisinə hücum edərək 9 amerikalı hərbçini öldürən və yaralayan koreyalı veteranlarla görüşdürülür”, – deyə hüquq müdafiəçisi bildirib.

Ukraynalı uşaqların deportasiyası

Ukraynanın insan haqları üzrə ombudsmanı Dmitri Lubinetsin sözlərinə görə, Rusiyanın genişmiqyaslı işğalından bəri 19,5 mindən çox ukraynalı uşaq deportasiya edilib. Onların bir qismi Rusiyaya və Belarusa aparılıb.

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna indiyədək Rusiyadan 1600-dən çox uşağı geri qaytara bilib. Bu, “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində mümkün olub.

Xatırladaq ki, ukraynalı uşaqların qanunsuz deportasiyası Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putinin və Rusiyanın uşaq hüquqları üzrə nümayəndəsi Mariya Lvova-Belovanın həbsi üçün order verməsinə səbəb olub.

Son günlər deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılmasına yardım etmək istəyən ölkələrin sayı artıb. Bu, hazırda işğal altında olan ərazilərdə saxlanılan uşaqlara da aiddir.

Zelenski əlavə edib ki, Rusiya tərəfindən oğurlanan uşaqların siyahısı yaxın günlərdə tərəfdaş ölkələrin liderlərinə təqdim olunacaq.

Check Also

ABŞ Sakit okeanda daha bir qayığı vurdu

Dekabrın 4-də ABŞ qüvvələri Sakit Okeanda beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmini məhv …