Cümə , 27 Fevral 2026
Drone Cameras

Sergey Lebedev: “Ukrayna faktiki olaraq MDB-də fəaliyyətini dayandırıb”

“Ukrayna əvvəlki kimi MDB xətti ilə bir sıra tədbirlərdə iştirak edir. Baxmayaraq ki, bu, de-fakto passiv iştirakdır”.

APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib. 

“Təəssüflər olsun ki, Ukrayna hazırda de-fakto MDB-nin bir çox orqanlarında fəaliyyətini dayandırıb. Lakin bununla belə bir sıra orqanların fəaliyyətində iştirak edir. Bir müddət əvvəl Moskvada MDB İqtisadi Şurasının iclası keçirilmişdi, orada Ukrayna nümayəndəsi iştirak edirdi. De-yure Ukrayna MDB-nin tərkibində qalır, de-fakto isə təəssüf ki, onun iştirakı çox passivdir. Bu iştirak sıfıra bərabər deyil, lakin çox passivdir”, – deyə S. Lebedev vurğulayıb.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir