Koreya Xalq Demokratik Respublikasının (KXDR) iqtidarının ölkəni Koreya Respublikası ilə birləşdirən yollarını partlatmağa hazırlaşdığı güman edilir.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən bildirib.
“Koreya Xalq Ordusunun 9 oktyabr tarixli bəyanatından sonra onların hərbi qüvvələri Könison və Tonhe xətləri boyunca yolların partladılması ilə əlaqəli olduğu güman edilən fəaliyyətlə məşğuldurlar”, – bəyanatda deyilir. Birinci xətt yarımadanın qərbində yerləşir və Keson və Phacu şəhərlərini birləşdirir, ikincisi isə Yapon dənizi sahilində yerləşir.
Xatırladaq ki, daha əvvəl Koreya Mərkəzi Teleqraf Agentliyi Koreya Xalq Ordusunun (KXO) Baş Qərargahının Koreya Respublikası ilə avtomobil və dəmir yollarını bağlayacağı və “KXDR-in cənub sərhədini qalaya çevirəcəyinə” dair məlumat yaymışdı.