Bazar , 24 Noyabr 2024
Drone Cameras

Seymur Talıbovun rəhbərliyi ilə Azərbaycan şahmatçıları Dünya Şahmat Olimpiadasında iştirak edirlər – FOTOLAR

boyukmillet.com xəbər verir ki, Türkiyənin Çorum şəhərində 16 yaşadək idmançılar arasında Şahmat Olimpiadası start götürüb. Ölkəmiz bu nüfuzlu yarışda iki komanda – “Azərbaycan” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur. “Azərbaycan” komandası Monqolustan, “Azərbaycan-Naxçıvan” isə Qazaxıstan şahmatçıları ilə mübarizə aparırlar.

Qeyd edək ki, Azərbaycanın birinci komandasında Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva, Azərbaycanın ikinci komandası olan “Azərbaycan-Naxçıvan” komandasında isə Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev, Ərturan İsmayılov və Nəsrin Babayeva iştirak edir.

Olimpiadanın açılışından əvvəl Türkiyənin Cumhuriyyət bayramı günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Olimpiadada iştirak edən komandalar, Çorum valisi Mustafa Çifçi, Türkiyə Şahmat Federasiyasının sədri Gülkız Tulay, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov iştirak edib. Çorum valisi Mustafa Çifçi Seymur Talıbova xatirə hədiyyəsi təqdim edib.

Seymur Talıbov daha sonra 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasının açılış mərasiminə də qatılıb. Açılış mərasimində ilk gediş ediləndən sonra 38 ölkəni təmsil edən 48 komanda mübarizəyə başlayıb.

Ölkəmizi bu yarışda təmsil edən əsas yığmanın üzvləri – “Azərbaycan” komandası Monqolustan yığmasına 3:1 hesabla qalib gəlib. Yarışda çıxış edən digər komandamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları isə ilk turda məğlub olublar (1:3).

Olimpiada 9 turdan ibarət olacaq, komanda qalib gəldiyi təqdirdə 2 xal, heç-heçə olduqda isə 1 xal qazanacaq.


Check Also

Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar. Boyukmillet.com …