Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sığınacaq axtaranların Almaniyadan kütləvi deportasiyası gözlənilir

“Ötən il Almaniyada sığınacaq axtaranların deportasiyasının təxminən üçdə ikisi uğursuzluqla nəticələnib. Hökumət qeyri-qanuni miqrasiya ilə mübarizədə daha qətiyyətlə mübarizə aparacağını bildirib. Yaşamaq icazəsi olmayanlar sürətlə deportasiya ediləcəklər”.

Bunu, “Report”un Avropa bürosunun sorğusuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi Almaniya bir milyondan çox Ukrayna vətəndaşını qəbul edib.

Ötən il federal idarəyə əsasən Suriya, Əfqanıstan və Türkiyədən 200 mindən çox insan sığınacaq üçün müraciət edib. Hökumət Ukraynadakı müharibədən qaçan qeyri-Ukrayna vətəndaşlarının deportasiya edilməsi üçün xüsusi plan üzrə işlərə başlayıb.

“Keçən il Almaniyadan sığınacaq istəyən və rədd cavabı alan 12 945 nəfər deportasiya edilib. Lakin bir çoxlarının deportasiyası uğursuz olub. Bunların əsas səbəbi deportasiya günü həmin şəxslərin yaşayış yerlərini icazəsiz tərk etmələri olub. Ölkədə məhkəmə qərarı ilə deportasiya edilməli olan 304 308 nəfər var”, – deyə, BAMF-ın məlumatında qeyd olunur.

Məlumat üçün bildirək ki, Bundestaqın ötən həftəki iclasında müxalifətdən olan deputatlar çıxışları zamanı hökuməti sərt şəkildə tənqid edərək, Almaniyanın 2016-cı ildən bəri ən pis miqrasiya böhranı yaşadığını bildiriblər.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …