Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Şimali Koreya ballistik raket buraxıb, Yaponiyada həyəcan siqnalı verilib

Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb.

Boyukmillrt.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi cənubi koreyalı hərbçilərə istinadən məlumat yayıb.

“Şimali Koreya Şərq dənizi istiqamətinə müəyyənləşdirilməyən ballistik raket atıb”, – məlumatda qeyd olunub.

Eyni zamanda Yaponiya KİV bildirib ki, Şimali Koreyanın raketi Sakit okean istiqamətinə Yaponiya üzərindən keçib. Hadisə ilə bağlı adanın həmin ərazisində hava həyəcanı siqnalı verilib.

Qeyd edək ki, ötən gün sözügedən agentlik Şimali Koreyanın Yapon dənizi və Sarı dənizə doğru 17 raket atdığını və 100 artilleriya atəşi açdığını bildirib.

Check Also

İranda etirazlar qanlı məcraya keçib: Təhlükəsizlik qüvvələrinin 217 nəfəri öldürdüyü deyilir

İranda hökumət əleyhinə etiraz aksiyaları cümə axşamı gecəsi kəskin şəkildə genişləndikdən sonra hakimiyyət təhlükəsizlik qüvvələrinə …