Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Şimali Koreya Cənubi Koreyanın xəbərdarlıq atəşinə raketlərlə cavab verib

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq reaktiv yaylım atəş sistemindən 10 raket atıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.“Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün reaktiv yaylım atəş sistemindən 10 raket atılması əmri verib” – məlumatda deyilir.Qeyd edək ki, Şimali Koreya gəmisinin Sarı dənizdə iki ölkə arasındakı sərhəd xəttini keçməsindən sonra Cənubi Koreya ordusu bir neçə xəbərdarlıq atəşi açıb.

Check Also

İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb

İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox fələstinli uşaq həlak olub. Boyukmillet.com …