Bazar , 8 Fevral 2026
Drone Cameras

SIPRI: “Azərbaycan ÜDM-də hərbi xərclərin ən çox olduğu 5 ölkə sırasındadır”

Azərbaycan Ümumi Daxili Məhsulda (ÜDM) hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

Belə ki, hesabat görə, Azərbaycanın ÜDM-də hərbi xərclər 5,3% təşkil edir.

Bu baxımdan, birinci yeri Oman (7,3%), ikinci yeri Küveyt (6,7%), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6%), dördüncü yeri isə Əlcəzair (5,6%) tutur.

Hesabatda bildirilir ki, 2021-ci ildə dünya ölkələrinin ümumi hərbi xərcləri 2,113 trilyon dollara çatıb. Dünya müdafiə xərcləri ardıcıl yeddinci ildir ki, davamlı olaraq artır. 2021-ci ildə artım real ifadədə 0,7% təşkil edib. Bu il hərbi xərclərin ən çox olduğu ilk beş ölkə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiyadır.

Check Also

Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula …