Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Siqaretin qiyməti bahalaşır

Siqaretin qiyməti bahalaşır

2019-cu ilin yanvarından siqaretlərin qiyməti bahalaşacaq.
 
Avopa.info xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə siqaret paylanılmasının dayandırılacağı bildirilib.
 
Həmçinin yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.
 
Qeyd edək ki, bir neçə gün öncə “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun Milli Məclisdə müzakirə edilərək, qəbul olunub. Dəyişikliyə görə, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.
 
Bu səbəbdən enerji içkilərinin də qiymətində bahalaşma olacağı gözlənilir.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir