Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

ŞİRİNOV QARDAŞLARI DAHA BİR MEDALLA TƏLTİF OLUNUB.

“ŞİRİNOV QARDAŞLARI DAHA BİR MEDALLA TƏLTİF OLUNUB.
 

Diaspor info saytının Ukrayna bürosunun məlumatına görə Nikalayev şəhərinin meri Senkeviç Aleksandr Fyodoroviç Umud və Sabir Şirinov qardaşlarını təltif edib. Belə ki, Nikalayev şəhərinin meri Umud və Sabir Şirinov qardaşlarını “Şəhər qarşısında xidmətlərinə ” görə medalı ilə təltif edib. Bunu saytımızın Ukrayna bürosuna Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev deyib. Yunus müəllimin sözlərinə görə qardaşlar artıq üçüncü dəfədir ki, medalla təltif olunurlar. Belə ki, əvvəlcə Şirinov qardaşlarını Nikalayev vilayət qubernatoru “Nikalayev şəhərinin şərəfinə” medalı ilə təltif edib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirinov qardaşlarını “İgidliyə görə” medalı ilə təltif etdi. Bu gün isə Nikalayev şəhərinin meri Senkeviç Aleksandr Fyodoroviç Umud və Sabir Şirinov qardaşlarını təltif edib.

ŞİRİNOV QARDAŞLARI DAHA BİR MEDALLA TƏLTİF OLUNUB.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir