Şənbə , 4 May 2024
Drone Cameras

CBC televiziya kanalı Naxçıvanda çəkilişlər aparır – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın beynəlxalq televiziya kanalı olan CBC Naxçıvan Muxtar Respublikasında çəkilişlər aparır. Yaradıcı heyət artıq martın 14-dən muxtar respublikanın rayonlarında olub.

4 dildə yayımlanan, Azərbaycanın beynəlxalq televiziya kanalı olan CBC “Bura  Azərbaycandır” verilişinin növbəti  buraxılışını Naxçıvanın tarixinə, adət və ənənələrinə  həsr edib.  Çəkilişlər muxtar respublikanın tarix, mədəniyyət, turizm obyektlərində, ucqar kəndlərində aparılıb, sakinlərin Novruz Bayramını necə qarşılaması ilə bağlı məqamlar lentə alınıb. Verilişin prodüseri Vüsalə Əliyeva, aparıcısı Fatimə Yəhyayeva, kinooperatoru isə Seymur Quliyevdir.

Qeyd edək ki, CBC telekanalının əməkdaşlarının Naxçıvanda apardığı çəkilişlər növbəti həftə CBC-nin efirində yayımlanacaq.

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir