Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Şirvanda müxtəlif növ silah-sursat tapılıb

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 23 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …