Cümə , 22 Noyabr 2024
Drone Cameras

Siyavuş Novruzov nazirləri “yıxıb-sürüdü”: “Müavinlər qalır bir kənarda, aparat rəhbəri təyin edirlər, hələ mətbuat xidmətləri xalqa əlləzinə oxuyur”

Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edir.

Deputat parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır. Ona görə də Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir.

S.Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin təyin olunması məsələsinə də toxunub: “Hamı aparat rəhbəri təyin edir. Mənzil istismar sahəsindən tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”.

Deputat bildirib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır: “Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və onu birbaşa məlumatlandırmaqdır”

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …