Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

“SOCAR Georgia Petroleum” yeni multifunksional kompleks açıb

Image result for “SOCAR Georgia Petroleum” yeni multifunksional kompleks açıb

Bu gün Gürcüstanın Tbilisi-Sebaki-Leselidze sürət magistralında, Tercola şəhərinin yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni multifunksional kompleksinin təntənəli açılış mərasimi baş tutub.

Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tsitişvili, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava iştirak ediblər. İştirak edənlər arasında həmçinin Gürcüstan hökumətinin digər nümayəndələri və SOCAR rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və KİV nümayəndələri də olub.

Açılış nitqi ilə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Levan Giorgadze çıxış edib. Təntənəli açılışdan sonra qonaqlar üçün kompleksdə ekskursiya təşkil edilib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …