Vüqar Haqverdiyev: “Fəxri Haqverdiyev mənə dedi ki, sizin kimi tulaların sözü ilə heç kim məni işdən çıxardan deyil”
Azərbaycanda zaman-zaman bəzi məmurlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Bu da öz növbəsində müəyyən narazılıqlara səbəb olur. Əfsuslar olsun ki, hələ də belə hallar var. Söhbət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın Əli Əmirov adına Neft-Qazçıxarma İdarəsinin rəisi Fəxri Haqverdiyevdən gedir.
Məsələ ilə bağlı , üzləşdiyi problemlər haqqında hazırda ABŞ-ın Nyu-York şəhərində yaşayan Haqverdiyev Vüqar Nağı oğlu Boyukmillet.com-a şikayət edib.
Şikayətində, O, bir sıra məsələlərə toxunub V.Haqverdiyev saytımıza açıqlamasında qeyd edib ki, O, 14 may 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Qazançı kəndində anadan olub “Şikayətim ondan SOCAR-ın Əli Əmirov adına Neft-Qazçıxarma İdarəsində rəis işləyən Haqverdiyev Fəxri mənə olan 97min borcu qaytarmır və üstəlik məni və ailəmi ölümlə hədələyir. Konkret olaraq uzun söhbətdən, hay-küydən sonra 2018-ci ildə bu adam mənim pulumdam 3 min dollar qaytararaq, qalan 97 min dollar pulu isə qaytarmaqdan imtina edib. Bu şəkildə imtina edib ki, 2021-ci ildə mən yenidən bu adamla əlaqə saxladım. Dedim ki, çox ciddi problemlərim var və o üzdən borcumu qaytar. Dedi ki, dostunun nömrəsini mənə göndər və ona yenə 3 min dollar verərəm. Bu minvalla sənin borcunu qaytararam. Mən nömrəni göndərsəm də, həmin pulu vermədi”
V.Haqverdiyevin sözlərinə görə, o, borcunu tələb etdikdə qarşı tərəf onu hədələyib.
“Bu adam məni həmin vaxt SOCAR-ın prezidenti olan Rövnəq Abdullayevlə hədələməyə başladı. Belə olduqda o zaman mən “Azneft”in baş direktoru Şahmar Hüseynova və bunun birbaşa rəhbəri olan Daşqın İsgəndərova müraciət etdim. Onlar da Fəxri Haqverdiyev haqqında tədbir görəcəkləri barədə söz versələr də, bunu etmədilər.
D.İsgəndərov ümumiyyətlə, şikayətimə laqeyid yanaşdı.“Azneft”in rəhbəri ilə danışandan bir saat sonra mənə mesaj göndərdi. Mesajın məzmunu bu idi ki, ərizəmi aldılar, indi arxayın ola bilərsən. Sabahısı gün məsələnin nə dərəcədə doğru olduğunu yoxladım. Məlum oldu ki, bu adam məni aldadır. Yəni, F.Haqverdiyev işdən çıxarılmayıb. Bu adam öz işindədir. Sonra Fəxridən soruşdum ki, axı sən mənə işdən çıxarıldığını dedin. Fəxrinin mənə cavabı belə oldu: “Sənin kimi tulaların sözü ilə heç vaxt SOCAR-da Rövnəq Abdullayev kiminsə ərizəsini almır”. Ona qayıdıb dedim ki, mən xalqın bir nümayəndəsiyəm, azərbaycanlıyam. Cavabında Fəxri bunları dedi: “Səndən milyonu olsun. Sizin kimi tulaların sözü ilə heç kim məni işdən çıxardan deyil”.
V.Haqverdiyev qeyd etdi ki, xəstə olduğu üçün dəfələrlə cərrahiyə əməliyyatı keçirib:
“Yüksək şəkər və təzyiqim var. Bu adam da mənim əsəblərimlə oynayır. Konkret məni və uşaqlarımı ölümlə hədələyir. Deyir dalımızda R.Abdullayev dayanıb. İstənilən adama, istənilən vaxt, istənilən terroru həyata keçirə bilərik. Üstəlik də yazır ki, səni görüm şəkərin qalxsın, komaya düşəsən, gözlərin görsün, amma danışa bilməyəsən. Niyə? Mən öz borcumu istəyirəm, başqa nə istəyirəm ki? Dəfələrlə SOCAR-a məktub yazdım. Hətta 102 xidmətinə, yəni Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət etdim. Əfsuslar olsun ki, SOCAR-da bunu anlamadılar.
Kimsə bunun barəsində tədbir görmədi. İndiyə qədər F.Haqverdiyev barəsində kimsə tədbir görmür. Artıq ailəm, uşaqlarım qorxu içində yaşayır. Çünki bu adamdan nə desən gözləmək olar. Ona görə ki, bu adam konkret olaraq məni, həyat yoldaşımı və uşaqlarımı ölümlə hədələyir. Üstəlik küçə söyüşləri ilə bizi təhqir edir. Bu adam xaricdə yaşayan azərbaycanlıların hamısını vətən xaini adlandırır. Daha sonra F.Haqverdiyev dedi ki, ABŞ səfirliyin əməkdaşlarının 90 faizi mənim qardaşlarım, dostlarımdır: “Görün ABŞ-da başınıza nə oyun açaram, Sizi həbs elətdirib,başınıza itin oyununu açdıracağam”.
Mən anlaya bilmirəm, bu adam SOCAR-da işləyir, yoxsa ABŞ səfirliyində? Bu adam kimdi ki, xarici ölkə səfirliyinin adından istifadə edir, insanlara hədə-qorxu gəlir? Mən də ona cavabında dedim ki, Azərbaycanın ABŞ-dakı səfirliyinə gedəcəm və səndən şikayət edəcəm. Mənə qayıdıb deyir ki, getdiyin səfirliyə, konsulluğa, diasporaya tüpürüm. Bir sözlə, bu adam bütün nəzarəti itirib. Deyir arxamda Rövnəq Abdullayev dayanıb.
Mən bunu R.Abdullayevə şikayətimdə də bildirmişəm. Demişəm ki, Sizin adınızı hallandırır, amma heç bir tədbir görülmür. Biz nə edək? Hara, kimə müraciət edək? Hədə qorxularından artıq cana doymuşuq. Konkret olaraq SOCAR-a məktublarımda bildirmişəm ki, bu adam çox böyük imkanlara malikdir. Böyük sərvətlərə, villalara və s. sahibdir. Utanmadan mənə deyir ki, heç kimə pul atmamışam. Get nə edirsən elə”.
V.Haqverdiyev iddia edir ki, Fəxri Haqverdiyev fəraridir və 1994-cü ildə vətənin müdafiəsindən qaçıb: “Özü də Qaradağ rayonu hərbi komisarlığından orduya çağırılıb. Barəsində axtarış elan edilib. Axırda bu adamı tapıb gətiriblər. Bu adam o vaxt konkret olaraq rüşvətlə canını qurtarıb. Məndən borc adı ilə aldığı pulları ora rüşvət verib. Beləliklə həm cəbhə bölgəsinə getməkdən yayınıb, həm də axtarışdan xilas olub. Daha sonra hərbi komendaturaya işə düzəlib və orada işlədiyi müddətdə vətəndaşlara hədə-qorxu gəlib.
Obyektlərdən pul yığdığı üçün F.Haqverdiyev barəsində Hərbi Prokurorluqda cinayət işi açılıb. Bu zaman yenə də küllü miqdarda rüşvət verərək canını qurtarıb. O, pulların hamısını da guya biznes qurur deyə məndən borc adı ilə alıb. Bu günə qədər də qaytarmayıb.
Mən ABŞ-da yaşayan Vüqar Haqverdiyev olaraq Azərbaycanın dövlət strukturlarından xahiş edirəm bizi ölümlə hədələyən Fəxri Haqverdiyev haqqında tədbir görülsün.
Boyukmillet.com saytı olaraq qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Sima Babayeva