Şənbə , 10 Yanvar 2026
Drone Cameras

SOCAR Ukrayna hökuməti ilə böyük hub açacaq

2020-ci ilin sonunadək Ukrayna Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çonqar nəzarət-buraxılış məntəqəsində vətəndaşlara xidmət göstərmək üçün böyük hub açacaq.

Boyukmillet.com Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Age of Crimea 2020” forumunda bildirib.

O qeyd edib ki, burada inzibati xidmətlərin göstərilməsi üçün tammiqyaslı mərkəz, istirahət zonası və digər mühüm obyektlər yerləşəcək.

Prezident xatırladıb ki, Krım köçkünləri üçün 500 mənzilin tikintisinə dəstəklə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla razılıq mövcuddur: “Bu yaxınlarda tikinti sahələrinin müəyyənləşdirilməsi məqsədilə Türkiyə tərəfinin nümayəndələri Ukraynaya səfər edəcəklər”.

Check Also

ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanın 5,3 …