Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

SOCAR və Sloveniya şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Boyukmillet.com xəbər verir ki, bu gün SOCAR prezidenti Rövşən Nəcəf Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii qaz təchizatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb.

Check Also

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,72 % artaraq 71,21 ABŞ dolları …