Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Şok gəlişmə: MDB məkanında yeni münaqişə? – İki dövlət üz-üzə

Qırğızıstan-Tacikistan sərhədində ölümlə nəticələnən insident baş verib.

boyukmillet.com xəbər verir ki, sərhəddə silahlı qarşıdurma zamanı bir Tacikistan vətəndaşı həlak olub, 3 nəfər yaralanıb.

Olayda Qırğızıstan tərəfdən 14 nəfər odlu silahlardan açılan atəş nəticəsində yaralanıb.

Yaralılar arasında 6 polis, 2 hərbçi, 1 gömrük əməkdaşı var.

Qırğızıstan tərəfinin iddiasına görə, olay anlaşılmazlıq səbəbindən baş verib. Sərhəddə yerləşən Vorux adlı tacik kəndinin sakinləri kəndin girişinə bayraq asmaq istəyərkən, Aksay adlı qırğız kəndinin sakinləri buna etiraz edib.

Qarşılıqlı ittihamlarla başlayan mübahisə odlu silahların işə düşməsi ilə nəticələnib.

Tacikistan və Qırğızıstanın sərhəd xidmətlərinin rəsmiləri olay yerindədir.  

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …