Şənbə , 7 Mart 2026
Drone Cameras

Son 15 gündə Azərbaycana 2800-ə yaxın Ukrayna vətəndaşı daxil olub

“Hazırda Azərbaycanda 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır. Onların 2800-ə yaxını son 15 gün ərzində ölkəmizə daxil olanlardır”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, bu şəxslər həm təxliyə prosesi çərçivəsində, həm də müstəqil qaydada ölkəyə daxil ola biliblər.

“Sığınacağa daxil olanlarla bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, Ukrayna-Azərbaycan arasında ölkə müddəti 90 gündür. Həmin şəxslərin həmin müddətdə ölkədə olması leqal sayılır. Bizə hələ ki, çoxsaylı sığınacaq müraciəti daxil olmayıb”, – Xidmət rəisi əlavə edib.

Check Also

ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib

ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə …