Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verib.

Boyukmillet.com xəbər verir ki, onlardan 4,1 mini təkərli oturacaq (o cümlədən 139-u mühərrikli təkərli oturacaq), 993-ü aşağı və yuxarı ətraf, habelə 1,2 mini eşitmə aparatı, 1,2 mini qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 3,7 min cüt protez və ortopedik ayaqqabı, 37 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 5 ayı ərzində ümumilikdə 6,9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Check Also

UNICEF nümayəndəsi: Zərərçəkən uşaqlar mühafizə orderləri ilə təmin edilməlidir

Zərərçəkən uşaqlar keyfiyyətli ədliyyə, sosial reabilitasiya xidməti və mühafizə orderləri ilə təmin edilməlidir. Boyukmillet.com xəbər verir …