Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

SON DƏQİQƏ: Erməni çavuş snayper gülləsindən öldü


Bu gün saat 11.10 radələrində Naxçıvana yaxın – Arazdəyən istiqamətində xidmət edən Ermənistan Silahlı Qüvvələrinin əsgəri snayper gülləsi ilə ölüb.

Boyukmillet.com xəbər verir ki, ölən erməni əsgər müqaviləli hərbi qulluqçusu, 39 yaşlı kiçik çavuş Geqham Saakyandır.

Ölümün Ermənistan ordusunda tez-tez təsadüf olunan silahlı mübahisələrdən növbətisi nəticəsində baş verdiyi ehtimal olunur. Bu yaxınlarda, bir əshər 3 hərbçi yoldaşını güllələmişdi.

Ermənistan Müdafiə Nazirliyi isə ordudakı acınacaqlı durumu pərdələmək üçün hadisəni Azərbaycan Silahlı Qüvvələrinin üzərinə atmağa çalışır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …