Cümə , 22 Noyabr 2024
Drone Cameras

Son dəqiqə: Türk ordusuna ağır zərbə – İran və PKK-dan gözlənilməz həmlə

Suriyanın İdlib və Hələb bölgələrində qarşıdurma şiddətlənib. Türkiyə və Azad Suriya ordusuna qarşı döyüşən Bəşər Əsəd rejimi, İran və Rusiya ittifaqına PKK terror təşkilatı da qoşulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Hələbin qərbində PKK-nın açdığı dəhlizdən istifadə edərək müxalifləri mühasirəyə alan rejim qüvvələri və İran silahlıları ən azı 3 qəsəbə və çox sayda kəndi ələ keçirib.

Əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqələrinin yerləşdiyi Şeyx Aqilə hücum edən PKK/PYD müxaliflərin dislokasiya bölgəsindən sıxışdırıldıqdan sonra Əsəd ordusu və İrana bağlı qüvvələrlə işbirliyinə gedib. Terror təşkilatı nəzarətindəki bölgədən Nəbul Zəhrada yerləşən rejim və İran qüvvələri üçün dəhliz açaraq, Başhimraya keçməsini təmin edib.

Buradan hücuma keçən müttəfiq qüvvələr Şeyx Aqili alaraq müxalifləri geri çəkilməyə məcbur edib. Bundan sonra Anədan, Xreydan və Ayn Kara qəsəbələri, Kəfr Həmra, Həyyan, Bayanon, Maarat Əl-Ətiq, Yakad əl-Adas, Kəfr Baş və Babil kəndlərini ələ keçirib. Hücumlarda PKK/PYD qüvvələri Əsəd ordusu və İrana artilleriya dəstəyi verib.

Hücumlarda Şeyx Aqil və Cəbəl Bərekətdəki türk müşahidə məntəqələri də hədəf alınıb. Hücumların nəticələri ilə bağlı açıqlama verilməyib. Lakin hücumların nəticəsində Hələbin qərb bölgələrində böyük bir ərazi Əsəd ordusunun nəzarətinə keçib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …