Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Son illərdə təkcə Bakı şəhərində təxminən yüzdən artıq yeraltı və yerüstü piyada keçidləri inşa edilib” – Aydın Quliyev

“Azərbaycanda yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi ölkəmizdə şəhər infrastrukturlarının daha da təkmilləşdirilməsi, piyadaların  təhlükəsiz hərəkətinin təmin olunması və eləcə də avtomobil nəqliyyatının fəaliyyətinin rəvan bir səviyyəyə çatdırılması üçün olduqca böyük bir əhəmiyyətə malikdir.”

Bu fikirləri  Olaylar.az açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Prezident İlham Əliyevin Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etməsinə münasibətini açıqlayarkən bildirib.

Siyasi ekspert qeyd edir ki, bəzən insanlara, cəmiyyətə yeraltı və yerüstü keçidlərin tikilməsi, təmir olunması zahirən formal olaraq gərəksiz iş kimi görsənə bilər. Amma hər bir yeraltı və yerüstü keçidin hansı məqsdə xidmət etdiyini və harada quraşdırıldığını məhz həmin yerin xüsusiyyətləri ilə izah etdikdə bunun nə qədər mühüm olduğunun şahidi olmaq olar. Azərbaycan prezidentinin sonuncu dəfə Mərdakan yolunda açılışını etdiyi yerüstü keçidin də mahiyyətinə, məzmununa bu prinsipdən yanaşmaq lazımdır. Çünki bu o ölkəmizdə həm avtomobil nəqliyyatının fəaliyyətinin təmin olunması, həm də piyadaların daha təhlükəsiz hərəkətini qorumaq baxımından əhəmiyyət daşıyır.”

Aydın Quliyev xüsusi olaraq vurğulayır ki, son illərdə təkcə Bakı şəhərində təxminən yüzdən artıq yeraltı və yerüstü piyada keçidləri inşa edilib: “Hansı ki, bunlar Bakı sakinlərinin arzu və istəklərinə, eləcə də Azərbaycan mediasında yayımlana informasiyalar, cəmiyyətin zövqünə və tələbinə uyğun yayılmış xəbərlərin sayəsində inşa edilmişdir. Yəni inşa edilən bu yeraltı və yerüstü keçidlərin mütləq əksəriyyəti Bakı sakinlərinin arzu və istəklərinə əsasən inşa edilib. Bunun çox böyük bir əhəmiyyəti var. Bu o deməkdir ki, həm ölkədə ictimai rəyin tələbinə çox ciddi diqqət göstərilir. Həm də ictimai rəy bu cür məsələlərin həllində özünü nə qədər önəmli rola malik olduğunu fərqinə varır. Daha doğrusu ictimaiyyətin bu prossedə aktiv iştirakı böyük nəticələrin yaranmasının həlledici amillərindən biridir. Həqiqətən Bakıda bu 113 yeraltı və yerüstü keçidin hər birinin harada və hansı məqsədlə tikildiyini nəzərə alsaq, bunların böyük əhəmiyyətə malik olduğuna şahid olacağıq. Bütün bunlar bir daha onu göstərir ki, həyata keçirilən tədbirlər humanizm prinsiplərinə, insan həyatının qorunmasına və ölkədə insanların yaşamına və təhlükəsiz fəaliyyətinə xüsusi önəm verilir. Bütün bunları ümumiləşdirsək və ölkə miqyasında daha qlobal formada yanaşsaq görərik ki, bu Azərbaycan dövlətinin həqiqətən sosial mahiyyət daşıdığını ifadə edən görüntülərdən biridir. Siaysi ekspert qeyd edir ki, buna sadəcə yeraltı və yerüstü keçid kimi baxmaq lazım deyil: “Keçid kimi görünən bu infrastruktur obyektlər əslində insanların daha təhlükəsiz yaşam vaistəsi deməkdir. Ölkədə, paytaxtda avtomobil nəqliyyatının daha rəvan və səlis fəaliyyətini təmin edən mexanizminin bir elementi kimi baxılmalıdır.”

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …