Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Son sutkada 10 nəfər koronavirusdan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 460 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 341 min 466 test aparılıb. Bugünkü test sayı isə 10 179-dur.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …