Mövsümün ilk qasırğası olan Otto fırtınasının cümə günü Şotlandiya və İngiltərənin bəzi bölgələrini vuracağı gözlənilir. Met Office, Şotlandiyanın şimalındakı açıq sahillərdə 60-70 mil / saat 80 mil / saata qədər küləyin ola biləcəyini söylədi.
Boyukmillet.com xəbər verir ki, demək olar ki, bütün Şotlandiya üçün 03:00-15:00, Sərhədlər və İngiltərənin şimal-şərqi üçün isə 05:00-14:00 arasında sarı siqnal verildi. Potensial təsirlərə Şimal dənizi sahilində böyük dalğalar ilə yanaşı, bəzi binaların zədələnməsi ehtimalı da daxildir.
Bərə operatoru CalMac müştərilərinə Şotlandiyanın qərb sahillərində materik və adalar arasında xidmətlərin kəsilməsi barədə xəbərdarlıq edib. Network Rail Scotland bəzi marşrutlarda sürət məhdudiyyətlərinin tətbiq oluna biləcəyini söylədi. Elektrik şirkəti SSEN bildirib ki, ən pis hava şəraitinin Caithness, Orkney və Qərb adalarına təsir edəcəyi gözlənilir. Fırtına ilə bağlı məsləhət almaq üçün prioritet xidmətlər reyestrində olan 130.000-dən çox müştəri ilə əlaqə saxlanılıb.
Tərcümə etdi Mətin İmanzadə