Bazar , 15 Noyabr 2026
Drone Cameras

Spiker: Son bir ayda xarici siyasətçilər Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər

Son bir ay ərzində xarici siyasətçilər Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, bütün bunlar aktiv seçkiqabağı kampaniya fonunda baş verir.

“Hər gün 3-4 bəyanat səslənir və bu, planlaşdırılmış seçki kampaniyasının göstəricisidir. Xaricdən maliyyələşən yerli QHT-lərin fəaliyyəti göstərir ki, hazırlıq seçki gününə deyil, seçkidən sonrakı dövrə yönəlib. Onlar seçkinin nəticələrini tanımayacaqlar. Mənim hamıya çağırışım budur, xahiş edirəm, gürcü xalqının seçimini qəbul edin”, – deyə spiker bildirib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …