Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

“Stratfor”: Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistanla deyil, Azərbaycanla əlaqələndirilir

ABŞ-ın tez-tez “kölgə MİK-si” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.

Məqalədə deyilir ki, Çempionlar Liqasının gözəlliklərindən biri də ən zəif milli çempionatlara malik ölkələrin belə komandalarının qrup mərhələsinə çıxaraq oynamaq imkanına malik olmasıdır. “Lakin bəzən Çempionlar Liqasında elə komandalar peyda olur ki, ən çılğın futbol fanatları belə anlaya bilmirlər ki, bu nə klubdur və haradan gəlib”, – nəşr yazır.

“Bu il Azərbaycan çempionu “Qarabağ” həmin klublardandır. Sentyabrın 27-də “Qarabağ” öz meydanında əfsanəvi “Roma”nı qəbul edib. 2:1 hesabı ilə məğlub olan 10 milyon nəfərlik ölkənin komandası öz azarkeşlərinin gözləri önündə az qala uğura imza atacaqdı.

Lakin bu klubun qeyri-adi tarixi müasir idmanın təşviqat gücünün bariz nümunəsidir”, – “Stratfor” vurğulayır. Daha sonra Amerika nəşri “Qarabağ”ın azərbaycanlı azarkeşlərə yaxşı tanış olan tarixini və Dağlıq Qarabağ ətrafında baş verən hadisələri, Ağdamın işğal edilməsini çatdırır.

“Klub 2001-ci ildə xilas edildi. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin köməyi ilə “Qarabağ”ın sponsoru “Azərsun” şirkəti oldu. Hazırkı prezident İlham Əliyev idman dünyasının geosiyasətlə və iri büdcəli sərmayələrlə bağlılığını çoxdan dərk edib. Bundan başqa, İlham Əliyev 1997-ci ildən ölkənin Milli Olimpiya Komitəsinin rəhbəridir. Onun ən böyük nailiyyətlərindən biri 2020-ci ilin furbol üzrə Asvropa çempionatının bir neçə oyununun Bakıda keçirilməsi qərarının verilməsidir.

“Azərsun”un maliyyə dəstəyi və İlham Əliyevin xeyir-duası ilə “Qarabağ” Azərbaycanın əsas futbol klubuna çevrilib. Komandanın Çempionlar Liqasının qrup mərhələsini keçməsinə çox az ümid olsa da, turnirdə iştirak Azərbaycan hökumətinin böyük qələbəsidir. Bütün dünyada onlarla milyon azarkeş Çempionlar Liqasını izləyərək, Qarabağı Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələndirirlər. Ermənilərin məyusluğu isə anlaşılandır: Ermənistanın milli çempionatı Azərbaycandakına nisbətən çox kasıbdır. Regionun tanınmamış statusu isə onun komandalarına UEFA yarışlarında iştirak etməyə imkan vermir”, – məqalədə deyilir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir