Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sülhməramlılar təkcə ermənilərin mənafeyini qoruyurlar – QHT sədri

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri yeddi gündür ki, Şuşa-Xankəndi istiqamətində etiraz aksiyaları keçirirlər. Məqsədimiz isə bəllidir: sülhməramlıların xidmət etdiyi ərazilərdə faydalı qazıntı yataqlarımızın qanunsuz istismarı dayandırılsın.

Bundan əlavə, ekologiyamıza da ciddi zərər dəyir. Tələb edirik ki, müvafiq dövlət qurumları, o cümlədən QHT-lər ekoloji məsələlərlə bağlı monitorinq keçirsinlər. Təəssüf ki, bu günə qədər ərazilərimizdə monitorinqlərin keçirilməsinə şərait yaradılmayıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib. O qeyd edib ki, aidiyyəti qurumlarımız bu məsələ ilə bağlı yol xəritəsi hazırlayaraq sülhməramlıların nümayəndələrinə təqdim edib. Buna baxmayaraq, tələblərimiz hələ də yerinə yetirilməyib.

Cəsarət Hüseynzadə deyib: “Tələblərimizə əməl olunmadığı üçün Azərbaycanın müəyyən qurumlarının bu istiqamətdə işlər görməsi vacibdir. Laçın-Xankəndi yolunda Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin postlarının qoyulması da tələblərimizdəndir”.

QHT sədri əlavə edib ki, sülhməramlıların əsas vəzifəsi olduqları ərazidə təhlükəsizliyi təmin etməkdir: “Lakin onlar burada təkcə ermənilərin mənafeyini qoruyurlar. Ərazilərimizdə olduqları müddət ərzində sülhməramlılar bəzi xarici ölkə vətəndaşlarının buraya keçməsinə də şərait yaradıblar. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə təbii sərvətlərin danışmasına göz yumublar. Bu səbəbdən də QHT-lər və digər fəallar olaraq mübarizəmizi sona qədər davam etdirəcəyik”.

O bildirib ki, keçirilən aksiya beynəlxalq hüquq normalarına uyğundur. Lakin bəzən müşahidə edirik ki, xarici ölkələrdə aksiyalar aqressiv formada həyata keçirilir. Bizim aksiya isə çox humanist şəkildə davam edir. Aksiyaçılar sülhməramlıların təminat yüklərini daşımasına şərait yaradırlar. Həmçinin dünyaya sülh, ədalət mesajları verilir. Bu da bizim aksiyanı digərlərindən fərqləndirir.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …