Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sülhməramlıların fəaliyyəti Azərbaycanı QANE ETMİR

Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Qarabağda sülhməramlıların yerləşdirilməsindən bir il ötür.

Ümumiyytə, sülhməramlıların Qarabağa yerləşdirlməsinin səbəbi nədir, onların missiyalarından xəbrədarıqmı?

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:

– Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;

– Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

– Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

– Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

– Keçid dövrünün çətinliklilərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərin yaradılmasına dəstək göstərilir;

Keçən il noyabrın 10-dan Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.

Sülhməramlı missiya Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib. Bu da dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərməkdir.

Bəs bir il ərzində rus sülhməramlıları sadalanan missiyaları yerinə yetirə bildilərmi?

“Bir il ərzində sülhməramlıların Azərbaycanda fəaliyyəti bir çox mənfi və müsbət cəhətlərlə yadda qalıb. Birgə bəyanatdan keçən ilk aylar ərzində Azərbaycanı qane edəcək bir neçə addımlara imza atdılar. Məsələn, üç rayonun, o cümlədən Qubadlı və Zəngilanın xeyli kəndinin boşaldılıb Azərbaycana qaytarılması və s. bu faktları təsdiqləyir. Lakin sonrakı dövrlərdə sülhməramlı kontingetin seperatçı rejimlə daha sıx əlaqədə olduğunu müşahidə etdik”.

Bu sözləri Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Qarabağ ərazisinə erməni silahlılarının buraxılması da Azərbaycanı qane etməyən fəaliyyətlər sırasındadır:

“Azərbaycan tərəfinin razılığı olmadan Ermənistan rəsmilərinin və digər ölkə nümayəndələrinin buraxılması da Azərbaycanı narahat edən faktorlardan biridir.

Digər tərəfdən, Azərbaycanı qane etməyən əsas fəaliyyətlərdən biri də Qarabağ ərazisində yerləşən erməni silahlılarının bu günə qədər oradan çıxarılmamasıdır. Hələ də onların ağır texnikaları Qarabağda  qalır. Onların yeni mövqelər inşa etməsi də faktdır. Hesab edirəm ki, sülhməramlıların fəaliyyətləri ilk bir ayı çıxmaq şərti ilə qalan dövrlərdə heç də Azərbaycanı qane etmir”.

Ekspert qeyd edib ki, sülhməramlılar iki ölkə arasında əlaqələrin normallaşmasında heç bir iş görməyib.

“Əlaqələrin normallaşmasına gəldikdə isə sülhməramlılar bu  mövzuda özlərinə aid olmayan funksiyaları yerinə yetirməklə qətiyyətlə azərbaycanlı köçkünlərin Qarabağ ərazisinə qaytarılması ilə bağlı heç bir addım atmayıb. Yalnız ermənilərin Qarabağa qaytarılmasını təmin etdilər. Amma yenidən həmin əhalinin bir hissəsi Qarabağı tərk etdi. Ümumilikdə isə onların fəaliyyəti Azərbaycan üçün mənfidir”.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …