Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir.

“AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”, – deyə aviaşirkət bəyan edib.

Check Also

AZAL Bakıdan Rusiyaya mühüm marşrutu bərpa etdi – 1 il 8 aylıq fasilə başa çatdı

Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub. Boyukmillet.com …