Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək.

Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib.

Onun sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: “Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm”.

Prezident görüşdə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı maliyyə cinayətlərinin araşdırılmasına da toxunub: “Bizim vəzifəmiz məhkəmənin öz işini görməsini təmin etməkdir”.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …