Cümə , 26 Aprel 2024
Drone Cameras

“Sumqayıt” klubunda əcnəbi futbolçuların transferinə icazə verilib

Növbəti mövsümdən “Sumqayıt” klubunda əcnəbi futbolçuların çıxışına razılıq verilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının iclasında qərar qəbul olunub.

İclasda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. Müşahidə Şurası baş məşqçi Aleksey Baqaya dəstəyini nümayiş etdirib və növbəti mövsümdə ona və komandasına uğurlar arzu edib.

İclasın sonunda Müşahidə Şurası klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıq və tövsiyyələr verib. Daha sonra Şura üzvləri Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda gedən yenidənqurma işləri ilə tanış olublar.

Check Also

Samir Abasov: “Barselona” mənim üçün həddindən artıq maraqlıdır

Bu klub mənim üçün həddindən artıq maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında İspaniyanın “Barselona” …