Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb

Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə  Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla təhsil müəssisəsinin vəzifəli şəxslərinin 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …