Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Fransa 28 İsrail vətəndaşına ölkəyə girişi qadağan edib

Fransa hökumət orqanları fələstinli mülki şəxslərə qarşı hücumlarda iştirak edən 28 İsrail vətəndaşının ölkə ərazisinə girişini qadağan edib.

Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

“Fransa İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə qarşı zorakılıq aktlarında iştirak edən ekstremist İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Bu qərara əsasən, 28 israillinin Fransa ərazisinə daxil olması qadağan edilib”, – məlumatda qeyd edilib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …