Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Sumqayıt sakini saxlanıldı, avtomobilindən silah-sursat götürüldü

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb.

Bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxşi axtarış zamanı ondan 2 ədəd bıçaq aşkarlanıb. Ə.Quliyevə məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə oradan “AK-74” markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …