Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

Boyukmillet.com xəbər verir ki , hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Mirzəzadə Aydın Azər oğlu etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü Məmmədzadə Eldar İsmayıl oğlunu vurub. Daha sonra piyada Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Lakin o, göstəril bütün tibbi yardımlara baxmayaraq, mayın 1-də orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …