Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Sumqayıtda kişi sevgilisinin uşaqlarını döyərək xəsarət yetirib, istintaq başlayıb

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Report”un sorğusuna cavab olaraq bildirib ki, azyaşlıların döyülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində hazırda istintaq aparılır.

Onun sözlərinə görə, iyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Həmin məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Eyni zamanda məsələ ilə əlaqədar qurum tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət ünvanlanıb.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …