Bazar , 15 Noyabr 2026
Drone Cameras

Sumqayıtda şirkətin baş energetiki iş yerində ölüb

Sumqayıtda şirkətin baş energetiki iş yerində ölüb.

Boyukmillet.com xəbər verir ki, martın 6-ı saat 16 radələrində “Azərit” ASC-nin baş energetiki, Elxan Misirxanovun iş yerində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Elxan Misirxanovun cəmiyyətə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …