Ukraynanın Sumu şəhərində 1990-cı ilin 20 yanvarında sovet qoşunları tərəfindən törədilmiş facənin 30-cu ildönümü qeyd olunub. Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən tədbirdə iştirak edən ziyalılar və ictimai xadimlər, vilayətinin məsul şəxsləri Bakıda törədilmiş qanlı hadisələr haqda fikirlərini bölüşüblər. O dövürdə ağır sınaqlara məruz qalmış Azərbaycan xalqının rəşadətindən bəhs ediblər. Fəxri konsul Əfqan Salmanov qanlı 20 yanvar hadisəlıri haqqda ətrafll məlumat berib və Azərbaycan və Ukrayna xalqlarının bir-birilərinin dərdlırinə heç zaman biganə qalmadıqlarını vurğulayıb.Sumu vilayət Deputatlar Sovetinin sədri Vladimir Tokar isə xalqımıza baş sağlığı verib və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin əbədi yaşayacağını vurğulayıb
Sumı Vilayət Deputatlar Şurasının sədri onuda qeyd edibki,ilk dəfə bu hadisələr haqda dolğun məlumatı Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Aslanovdan alıb. Şəhidlər Xiyabanını da məhz onun təşkilatçılığı ilə keçirilən Bakıdakı görüşləri zamanı ziyarət edib. V. Tokar qeyd edib ki, bu hadisələr haqda Ukrayna ictimaiyyətinin daha geniş məlumatlandırılmasında Möhsüm Aslanovun hazırladığı veriliş və filmlər böyük rol oynayıb. Sumu vilayət Deputatlar Sovetinin sədri Möhsüm Aslanovun 9 fevral 2020-ci ildə Azərbaycan Parlamentinə keçiriləcək deputat seçkilərində namizəd kimi iştirak etdiyindən xəbərdar olduğunu da diqqətə çatdırıb, ona bu mübarizədə uğurlar arzulayıb.