Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən bərpa olunur – SƏRƏNCAM

Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən qurularaq bərpa olunur.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan-Kəlbəcər (9 km)-Ağdərə-Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 4,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Check Also

Əli Əsədov mühüm QƏRAR İMZALADI

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı …