Bazar , 8 Fevral 2026
Drone Cameras

Suraxanıda gənc yol qəzasında ağır xəsarət alıb

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, qəza zamanı 1997-ci il təvəllüdlü Sabakarov Ramiz Səmail oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …