Bazar , 11 Yanvar 2026
Drone Cameras

Suriya və Səudiyyə Ərəbistanı 6 milyard dollarlıq sazişlər imzalayıb

Suriya və Səudiyyə Ərəbistanı dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalayıb.

Boyukmillet.com -un Ərəbistan mediasına istinadən verdiyi məlumata görə, sənədlər Dəməşqdə keçirilən Suriya-Səudiyyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.

Sənədlər telekommunikasiya, kibertəhlükəsizlik və aviasiya sahələrini əhatə edir.

Forumda Suriya Prezidenti Əhməd əş-Şaraa, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, eləcə də hər iki ölkənin dövlət və özəl təşkilatlarının nümayəndələri iştirak ediblər.

Nazir Xalid əl-Falih vurğulayıb ki, Səudiyyə Ərəbistanının nümayəndə heyətinin Dəməşqə səfəri krallığın Suriyanın bərpasına dəstəyini əks etdirir. Onun sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə yaradılan Səudiyyə-Suriya Biznes Şurası gələcək əməkdaşlığa və Suriya iqtisadiyyatının bərpasına yardıma görə məsul olacaq.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …