Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Suriyada avtobus aşıb, 13 nəfər ölüb

Suriyanın Hüms əyalətinin cənubunda avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, daha 37 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Qurum qeyd edib ki, avtobus Hüms – Dəməşq magistral yolunda aşıb.

Məlumata görə, hadisə yerində fövqəladə hallar xidməti və polis işləyir, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Check Also

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 42 milyard dolları ötüb

ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri, demək olar, 37 sutka davam edən aktiv …