Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Suriyada terror hücumunda yaralanan türk əsgəri şəhid olub

Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinə terror hücumu nəticəsində yaralanan Türkiyə ordusunun əsgəri müalicə aldığı xəstəxanada vəfat edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Hatay Elmi Tədqiqat Xəstəxanasında həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bununla da şəhid olan türk əsgərlərin sayı 3-ə çatıb.

Xatırladaq ki, ölkənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhəddini ziyarəti zamanı bildirib ki, sentyabrın 11-i terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyəti qənaətbəxşdir, digər biri isə əməliyyat ediləcək.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …